779741bf-27b3-44a9-af85-77452317ea60..jpg

BDYPİ mövcud hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Baxış sayı: 638 dəfə baxılıb.

BDYPİ mövcud hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda müşahidə olunan yağışlı, dumanlı hava şəraiti yollarda qəza riskini
əhəmiyyətli dərəcədə artırır. Xüsusilə gecə və səhər saatlarında dumanlı, yaxud
çiskinli hava görünüş məsafəsini məhdudlaşdırır ki, bu da sürücünün digər
hərəkət iştirakçılarını, nizamlama vasitələrini vaxtında və aydın görməsinə
ciddi maneə yaradır”.

Bunu Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) mövcud hava şəraiti ilə bağlı yol
hərəkəti iştirakçılarına müraciətində bildirib.

“Həftənin şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin
digər günlərə nisbətən daha da artacağını nəzərə alaraq hərəkət iştirakçılarına
əlverişsiz havada daha diqqətli olmağı, ələlxüsus səfərə çıxan sürücülərə sürət
həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan
çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı
təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik”.

Source link