Beynəlxalq Enerji Agentliyi 2019-cu ildə ABŞ-ın Rusiyanı geridə qoyaraq dünyanın ən böyük neft istehsalçısı olacağını açıqlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, ötən həftə ABŞ-da xam neft idxalı 1,6 milyon barel azalaraq 4,98 milyon barelə düşüb.
ABŞ-ın neft istehsalında artım qlobal bazarların tarazlığını pozmaqda davam edir.
BEA tərəfindən bu artımın getdikcə sürətlənəcəyi irəli sürülür:
“Növbəti dörd-beş il ərzində hasilatın düşməsi gözlənilmir. Dünyanın ən böyük bazarları daxil olmaqla Asiyada bir çox ölkəyə neft ixrac edən ABŞ, OPEK və Rusiyanın bazar paylarını azaldır”.