Futbol üzrə İngiltərə millisinin və “Mançester Yunayted” klubunun sabiq kapitanı Devid Bekhem UEFA prezidenti mükafatına layiq görülüb.
ÇıxışYolu.Com xarici mediaya istinadən xəbər verir ki, UEFA prezidenti Aleksander Çeferin bu barədə məlumat verib.
“Devid öz dövrünün əsl futbol ikonasıdır”-deyə, o, əlavə edib.
UEFA prezidenti mükafatı ilə təltif edilməsinin onun üçün böyük şərəf olduğunu deyən 43 yaşlı D.Bekhem isə bildirib ki, həmişə komanda ruhunun inkişafına və təbliğinə çalışıb:
“Bu mükafata layiq görülən insanların sırasına daxil olmaqdan qürur duyuram”.
Qeyd edək ki, D.Bekhem futbol karyerasını 2013-ci ildə başa vurub.
İngiltərə millisinin heyətində 115 oyunda 17 dəfə fərqlənən futbolçu “Mançester Yunayted”, “Real Madrid”, “Los-Anceles Qalaksi”, “Milan” və PSJ klublarının şərəfini qoruyub.
Onu da qeyd edək ki, UEFA prezidentinin mükafatı 1998-ci ildən etibarən təqdim olunur.
Mükafatın ilk sahibi Avropa Komissiyasının sədri Jak Delor olub. J.Delor 1999-cu, 2015-ci və 2016-ci illərdə də bu təltifə layiq görülüb.
UEFA Prezidenti keçən il bu mükafatı “Roma” klubunun sabiq futbolçusu Françesko Tottiyə təqdim etmişdi.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com