908b4398-fde0-436b-94e0-eec57a39b30f..jpg

Bekhemin klubundan Messiyə qeyri-adi təklif

Baxış sayı: 988 dəfə baxılıb.

Bekhemin klubundan Messiyə qeyri-adi təklif

PSJ ilə yeni müqavilə ilə bağlı ortaq məxrəcə gələ bilməyən Lionel Messiyə
daha bir müştəri tapılıb.

ABŞ-nin “İnter Mayami” klubu argentinalı ulduzun xidmətində maraqlıdır. MLS
təmsilçisi 35 yaşlı oyunçuya qeyri-adi təklif edib. Messi razılıq verəcəyi
təqdirdə məvacibindən əlavə klubun səhmlərinin beş faizinə də yiyələnəcək.

“İnter Mayami”nin bu addımı atmasının səbəbi maaş limitidir. Klub oyunçuya
istədiyi yüksək məvacibi verə bilməyəcəyindən həll yolunu səhmlərin bir qismini
onun adına keçirməkdə görüb.

Qeyd edək ki, “İnter Mayami”nin prezidenti ötənlərin məşhur futbolçusu Devid
Bekhemdir. O, həm də klubun ortaqlarından biridir.

Mənbə: “Ajansspor”

Source link