35668a04-1133-41b2-b60d-0f7babf03159.jpg

Belarus ictimaiyyətinə gənclərin COP29-da fəaliyyəti haqqında məlumat verilib

Baxış sayı: 170 dəfə baxılıb.

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barədə Belarus
ictimaiyyəti maarifləndirilib.

Cixisyolu.com xəbər verir ki, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid
Şahbazlının Belarusa səfəri çərçivəsində keçirdiyi bir sıra görüşlərin əsas
mövzusu COP29-la bağlı olub.

Minskdə Belarus Parlamentinin deputatı, Belarus Ümumrespublika Gənclər
Şurasının sədri Aleksandr Lukyanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə
keçirilən görüşdə iki ölkə arasında bütün istiqamətlər üzrə əməkdaşlıqdan və
dostluq münasibətlərindən danışılıb.

Aleksandr Lukyanov bildirib ki, iki ölkənin gəncləri arasında əlaqələr üçün
böyük potensial var. Belarus və Azərbaycan gəncləri müxtəlif istiqamətlər üzrə
birgə layihələr icra edə bilərlər.

COP29 beynəlxalq iqlim konfransının əhəmiyyətindən danışan Fərid Şahbazlı qeyd
edib ki, Bakıda keçiriləcək bu mötəbər tədbir qlobal ekoloji problemə qarşı
dünya birliyinin mübarizəsinin yeni mərhələsi olacaq. O bildirib ki, COP29-un
keçirilməsində gənclərin rolu da əhəmiyyətlidir. Azərbaycan dövləti bu tədbirin
təşkilində gənc könüllülərin fəaliyyətinə xüsusi diqqət yetirir. F.Şahbazlı,
həmçinin vurğulayıb ki, gənclər dünyada iqlim dəyişikliklərinə qarşı mübarizədə
öz müasir layihələri və yanaşmaları ilə rol oynayırlar. Azərbaycanda da bu
istiqamətdə layihələrə Qeyri-Hökumət Təşkilatlarında Dövlət Dəstəyi Agentliyi
dəstək olur.

İctimai Birliyin sədri, həmçinin Minskdə Belarus Jurnalistlər İttifaqının
sədri, “Veçerniy Minsk” Media Qrupunun baş direktoru Andrey Krivoşeyev və
heyəti ilə görüşdə COP29 haqqında ətraflı məlumat verib.

Source link