Martın 23-də Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək Belarus yığmasının heyəti açıqlanıb.
ÇıxışYolu.Com xəbər verir ki, Belarus Futbol Federasiyasının saytının yaydığı xəbərə görə, baş məşqçi İqor Kriuşenko yığmaya 23 futbolçu dəvət edib.
Qapıçılar: Andrey Qorbunov (“Dinamo” Minsk”), Aleksandr Qutor, Pavel Pavlyuçenko (hər ikisi “Dinamo” Brest)
Müdafiəçilər: Aleksandr Martınoviç (“Krasnodar”, Rusiya), İqor Şitov (“Astana”, Qazaxıstan), Denis Polyakov (APOEL, Kipr), Sergey Politeviç (“Gənclərbirliyi”, Türkiyə), Mixail Sivakov (“Amkar”, Rusiya), Maksim Volodko (BATE), Oleq Veretilo (“Dinamo” Brest), Sergey Matveyçik (“Şaxtyor”)
Yarımmüdafiəçilər: Sergey Kislyak (“İrtış”, Qazaxıstan), Stanislav Draqun, İqor Staseviç (hər ikisi BATE), Renan Bressan (“Şaviş”, Portuqaliya), Pavel Nexayçik (“Dinamo” Brest), Pavel Savitski (“Dinamo” Brest), İvan Maevski (“Astana”, Qazaxıstan), Yuri Kendış (“Şerif”, Moldova), Yuri Kovalyov (“Şaxtyor”)
Hücumçular: Maksim Skavış (BATE), Denis Laptev (“Şaxtyor”), Anton Saroka (“Dinamo”).
Qeyd edək ki, Belarus millisi martın 20-də Bakıya gələcək. Komanda martın 27-də daha bir yoxlama oyununda – Slovakiya ilə qüvvəsini sınayacaq.
S.T.
www.ÇıxışYolu.Com