Belarus Qarabağda 420 ailə üçün yaşayış məntəqəsi tikməyi planlaşdırır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Belarus Qarabağda 420 ailə üçün yaşayış məntəqəsi tikməyi planlaşdırır.
Bu barədə jurnalistlərə Belarusun memarlıq və tikinti naziri Ruslan Parxamoviç
məlumat verib.
“İndi biz yeni ciddi addım barədə razılığa gəlmişik. Aqroşəhərcik kimi konkret
yaşayış məntəqəsinin salınması planlaşdırılıb. Biz Kənd Təsərrüfatı
Nazirliyindən olan həmkarlarımızla birgə işləyəcəyik, çünki burada məqsədimiz
insanları təkcə rahat mənzillərlə təmin etmək deyil, həm də onlara münasib iş
yerləri vermək istəyirik.
Düşünürəm ki, yaxın bir neçə ay ərzində biz bununla bağlı konsepsiyanı
hazırlayaraq azərbaycanlı həmkarlarımıza təqdim edəcəyik”, – deyə o bildirib.
Mənbə: Belta.by