Belarus XİN: Paşinyan özünü beynəlxalq prokuror kimi təsəvvür edir

Baxış sayı: 2. 404 dəfə baxılıb.

Belarus XİN: Paşinyan özünü beynəlxalq prokuror kimi təsəvvür edir

Belarus Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın Belarus prezidenti Aleksandr Lukaşenkonun ünvanına söylədiyi fikirləri şərh edib.

ÇıxışYolu.Com bununla bağlı Belarus mətbuatına istinadən məlumat verib. 

“Görünür, o, özünü cəzalandırmaq və ya əfv etmək səlahiyyəti olan beynəlxalq prokuror kimi təsəvvür edir”, – nazirliyin rəsmi nümayəndəsi Anatoli Qlaz deyib. 

Mətbuat katibi bildirib ki, böyük siyasətdə diplomatik protokolun dəqiq normalarını əldə rəhbər tutmaq lazımdır.

“Ola bilsin, cənab Paşinyan hələ də başa düşməyib ki, küçə demokratiyası böyük siyasətdə qəbuledilməzdir. Təəssüf, ümid edirik ki, zamanla bu, qaydasına düşəcək”, – A.Qlaz əlavə edib. 

Qeyd edək ki, dünən jurnalistlər qarşısında çıxış edən N.Paşinyan A.Lukaşenkodan bağlı qapılar arxasında keçirilən KTMT iclasını Azərbaycanın bu ölkədəki səfiri ilə müzakirə etməsinə aydınlıq gətirməsini tələb edəcəyini söyləyib.

www.ÇıxışYolu.Com