1c2d4f06-e901-4865-ac48-b4c767d53e89..jpg

Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoliy Davidoviçin xatirəsi anılıb

Baxış sayı: 1. 231 dəfə baxılıb.

Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoliy Davidoviçin xatirəsi anılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Silahlı Qüvvələrinin Belarus Respublikasındakı hərbi attaşelik
aparatının nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı, belarusəsilli Davidoviç
Anatoliy Nikolayeviçin anadan olmasının ildönümü ilə əlaqədar onun məzarını
ziyarət edib, önünə Müdafiə Nazirliyi adından gül dəstələri qoyaraq xatirəsini
ehtiramla yad ediblər.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, attaşelik aparatının nümayəndələri, həmçinin Milli Qəhrəmanın
anası Kima Davidoviçin səhhəti və qayğıları ilə yaxından maraqlanıblar.

Milli Qəhrəmanın anası övladının xatirəsinə olan ehtirama, eləcə də göstərilən
diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə
Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, A.Davidoviç Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən
döyüşlərdə ağır yaralanaraq hospitala təxliyə olunub, lakin həkimlərin səyinə
baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb, o 1992-ci ilin iyun ayının
13-də şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 3 iyul 1992-ci il
tarixli Fərmanı ilə mayor Davidoviç Anatoliy Nikolayeviçə ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Source link