Belarusda məmurların kütləvi həbsi

Belarusda məmurların kütləvi həbsi

Baxış sayı: 2. 484 dəfə baxılıb.

Belarusda korrupsiya ittihamı ilə bir neçə məmur həbs edilib. 

ÇıxışYolu.Com RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bununla bağlı ölkənin milli təhlükəsizlik xidmətinin rəhbəri Valeri Vakulçik məlumat verib. 

“Söhbət bir insandan, bir faktdan və bir cinayət işindən getmir”, – o bildirib. 

Vakulçik saxlanılanların adlarını açıqlamasa da, onların yüksək vəzifəli olduqlarını deyib. 

“Burada vacib olan səviyyə deyil, həcmdir… Külli miqdarda rüşvətlər…

Əlimizdə on minlərlə dollar rüşvət faktı var. Hazırda 140 min dollar rüşvət sübuta yetirilib. Ancaq bu rəqəmin artacağı istisna etmir”, – komitə sədri əlavə edib. 

Mayın sonlarında MTN ölkə prezidentinin köməkçisi Sergey Rovneykonu həbs edib. O, 200 min dollar rüşvət almaqda və dələduzluqda ittiham olunub. 

www.ÇıxışYolu.Com