Belarusda prezident seçkiləri 2020-ci ildə keçiriləcək.
“BelTA”nın məlumatına görə, bu barədə ölkənin lideri Aleksandr Lukaşenko aprelin 19-da Belarus xalqına və parlamentinə etdiyi müraciətdə bildirib.
“Bizdə qanun var, konstitusiya var. Çox gözəl bilirsiniz ki, hakimiyyətdə qalmaq üçün vurnuxan, hər hansı fayda axtaran deyiləm. Prezident seçkiləri 2020-ci ildə keçirilməlidir. Ölkədə nə baş verirsə versin, seçkilər 2020-ci ildə keçiriləcək. Biz xalqla oyun oynamayacağıq, hansısa konrket fiqurun üzərində siyasi oyunlar qurmayacağıq”, – deyə Lukaşenko bildirib.