Belarusla oyunun biletləri satışa çıxarılır

Belarusla oyunun biletləri satışa çıxarılır

Baxış sayı: 3. 597 dəfə baxılıb.

Futbol üzrə Azərbaycan millisinin Belarus yığması ilə oyununun biletlərinin satışına start verilib.

ÇıxışYolu.Com xəbər verir ki, Qurban Qurbanovun baş məşqçiliyi altında keçiriləcək ikinci yoldaşlıq oyununun bilet satışına bu gün başlanılıb.

Biletlərin qiyməti belədir: III kateqoriya – 1 AZN, II kateqoriya – 2 AZN, I kateqoriya – 4 AZN, VİP – 15 AZN.

Satış ASAN Xidmət və digər ticarət mərkəzlərində həyata keçirilir.

Xatırladaq ki, Azərbaycan – Belarus oyunu martın 23-də keçiriləcək və saat 20:00-da başlayacaq. Görüş Bakı Olimpiya Stadionunda baş tutacaq.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com