Belaruslu futbolçu ailəsi ilə birlikdə qəzada öldü

Baxış sayı: 1. 937 dəfə baxılıb.

Belaruslu futbolçu ailəsi ilə birlikdə qəzada öldü

Belarusun “Vitebsk” futbol klubunun qapıçısı Andrey Şerbakov avtomobil qəzasında dünyasını dəyişib.

ÇıxışYolu.Com “Pressbol”a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə birlikdə onun həyat yoldaşı və övladı da həyatını itirib.

Ağır avtomobil qəzası dekabrın 17-də yerli vaxtla axşam saat 19:00 radələrində baş verib. “KİA” markalı avtomobil M1 avtomagistralının 543-cü kilometrliyində əks hərəkət zolağına çıxıb və “Mercedes” markalı evakuatorla toqquşub. İki böyük və bir altı yaşlı uşaq hadisə yerində keçinib. Avtokresloda olan ikinci uşaq isə sağ qalıb. Hazırda xəstəxanada müalicə olunur.

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!