d112ce7c-ea3f-4327-bd35-23375c6249e9..jpg

Belarusun baş prokuroru Azərbaycanda səfərdədir – FOTO

Baxış sayı: 649 dəfə baxılıb.

Belarusun baş prokuroru Azərbaycanda səfərdədir – FOTO

Bakıda keçiriləcək MDB Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə
Şurasının (BPƏŞ) 33-cü iclasında iştirak etmək üçün baş prokuror Kamran
Əliyevin dəvətilə Belarusun baş prokuroru Andrey Şved ölkəmizə işgüzar səfərə
gəlib.

Cixisyolu.com xəbər verir ki, bu gün Baş Prokurorluqda keçirilmiş görüş zamanı iki
dövlət arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının Azərbaycan
Prezidentiİlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenkonun birgə
səyləri və siyasi iradələri sayəsində mümkün olduğu qeyd olunub.

Kamran Əliyev ölkəmizdə qanunun aliliyinin təmin olunması və hüquq qaydasının
möhkəmləndirilməsi istiqamətində aparılan islahatlar barədə həmkarına məlumat
verib.

Səmimi qəbula görə öz təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Andrey
Şved təmsil etdiyi qurumun Azərbaycan ilə qarşılıqlı səmərəli əlaqələrin
inkişafına böyük önəm verdiyini bildirib.

Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq, iki ölkənin
hüquq-mühafizə, o cümlədən prokurorluq orqanları arasında konkret cinayət
işləri üzrə hüquqi yardımın göstərilməsi, eləcə də cinayət törətmiş şəxslərin
ekstradisiyası və sair məsələlər ətrafında müzakirələr aparılıb.

Source link