Belçika – Azərbaycan oyununun hakimləri bəlli olublar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Brüsseldə Belçika və Azərbaycan milli komandaları arasında keçiriləcək
Avro-2024-ün seçmə mərhələ oyununun təyinatları bəlli olub.
Bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, qarşılaşma Macarıstandan olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Gerqo Boqara Teodoros Georgiu və Balaş Salai kömək
göstərəcəklər. Dördüncü hakim funksiyasını Ferents Karako yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələdə sonuncu matçını məhz
Belçikaya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq görüş Bakı
vaxtı ilə saat 21:00-da başlayacaq. Final mərhələsinə vəsiqəni əvvəlki turlarda
təmin edən “qırmızı şeytanlar” hazırda F qrupunda 17 xalla liderdirlər.
Millimiz isə 4 xalla 4-cü pillədə qərarlaşıb.