Belçika Kiyevə 200 milyon avro ayırdı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Belçika Avropa İttifaqından kənar ölkələrdə döyüş sursatlarının alınması üçün
Ukraynaya 200 milyon avro ayırıb.
Bu barədə Belçikanın baş naziri Aleksandr De Kro məlumat verib.
“Biz buna 200 milyon avro sərmayə qoymuşuq. Biz bir çox ölkələrlə birgə
işləyirik. Bu, Çexiya tərəfindən koordinasiya edilən Avropa İttifaqından kənar
ümumi satınalmadır”, – deyə De Kro qeyd edib.
Baş nazirin sözlərinə görə, bu yardım Rusiyanın Belçikada dondurulmuş
aktivlərinə investisiya qoyuluşundan əldə edilən gəlirdən alınan vergilər
hesabına maliyyələşdirilir. De Kro sövdələşmənin yaxın vaxtlarda
tamamlanacağını vurğulayıb.
Xatırladaq ki, fevralın 28-də ölkənin baş naziri “X” sosial şəbəkəsində bəyan
edib ki, Belçika Çexiya təşəbbüsü çərçivəsində Ukraynaya 200 milyon avro
ayırmaq niyyətindədir.
Mənbə: iz.ru