0d6b8fba-3c34-4865-b1a9-1b72bbb4a038..jpg

Belçika millisi Azərbaycanla oyundan əvvəl qələbə qazanıb

Baxış sayı: 455 dəfə baxılıb.

Belçika millisi Azərbaycanla oyundan əvvəl qələbə qazanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsindəki rəqiblərindən olan
Belçika yoldaşlıq oyununda qüvvəsini sınayıb.

“Report” xəbər verir ki, Domeniko Tedeskonun baş məşqçisi olduğu kollektiv
Serbiyanı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə bitib – 1:0.
Yeganə qolu 2-ci dəqiqədə Yannik Karrasko vurub.

Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələdə sonuncu matçını məhz
Belçikaya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq görüş Bakı
vaxtı ilə saat 21:00-da başlayacaq. Final mərhələsinə vəsiqəni əvvəlki turlarda
təmin edən “qırmızı şeytanlar” hazırda F qrupunda 17 xalla liderdir. Millimiz
isə 4 xalla 4-cü pillədə qərarlaşıb.

Source link