03b32504-21aa-489d-af29-11e3f62efd41..jpg

Belçika millisinin baş məşqçisi: “Bəzi məqamlarda bəxtimiz gətirdi” – FOTO

Baxış sayı: 604 dəfə baxılıb.

Belçika millisinin baş məşqçisi: “Bəzi məqamlarda bəxtimiz gətirdi” – FOTO

“Üç xal qazandığımız üçün xoşbəxtik. Performansımız ürəkaçan deyildi. Daha
yaxşı ola bilərik, olmalıyıq”.

Cixisyolu.com xəbər verir ki, bu sözləri AVRO-2024-ün seçmə mərhələsinin V turunda
keçirilən Azərbaycan – Belçika (0:1) oyunundan sonra təşkil olunan mətbuat
konfransında qonaq komandanın baş məşqçisi Domeniko Tedesko deyib.

37 yaşlı mütəxəssis ikinci qolu vurmalı olduqlarını bildirib:

“İlk hissədə topla oynamaqla bağlı problemlərimiz oldu. İkinci qolu
vurmalıydıq. İkinci qolu vurub oyunu öldürməliydik. Bundan sonra rəqibin
ümidləri öləcəkdi”.

Çalışdırıcı Azərbaycan millisinin qol vurmaq şanslarının olduğunu söyləyib:

“Rəqib kifayət qədər şanslar yaratdı. Komanda olaraq necə müdafiə olunduğumuza
və necə fürsətlər verdiyimizə baxacağıq. Çox adama asan oyun kimi gəlirdi.
Meydanın vəziyyəti də yaxşı deyildi. Azərbaycan millisi də futbol oynayırdı.
Hər şeyin qarşısını almaq olmur. Rəqibin şansları yarandı. Renat Dadaşovun
yaxşı baş zərbəsini qapıçımız qaytardı, onların daha bir real epizodları da var
idi. Bəzi məqamlarda bəxtimiz gətirdi”.

Faiq Tahirov

Source link