Belçika millisinin üzvü: “Təəssüf ki, Azərbaycanla oyunda qol vura bilmədim”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“İki məhsuldar ötürmə versəm də, təəssüf ki, qol vura bilmədim”.
“Report” xəbər verir ki, bunu Belçika yığmasının futbolçusu Ceremi Doku
Azərbaycan millisini 5:0 hesabı ilə məğlub etdikləri AVRO-2024-ün seçmə mərhələ
oyunu barədə danışarkən deyib.
21 yaşlı vinger görüşdə poker müəllifi olan Romelu Lukakunu fərqləndirib:
“Azərbaycanla matça ciddi yanaşırdıq. Bunu meydanda da görürdünüz. Romelu
Lukaku çox effektli idi. Azarkeşlər adımı uca səslə çəkirdilər. Mənim üçün ən
vacibi komandama qələbə qazanmaqda kömək etmək idi”.
Qeyd edək ki, Belçika yığması F qrupunu 20 xalla birinci pillədə tamamlayıb.
Azərbaycan yığması isə yeddi xalla dördüncü olub.