Belçikanın Valloniya əyalətində yerləşən “Tianj” atom elektrik stansiyasında (AES) reaktor avtomatik dayanıb.
ÇıxışYolu.Com xəbər verir ki, AES-in ikinci enerji blokunun fəaliyyətinin plandan kənar dayanması generatorun qeyri-nüvə sahəsində quraşdırılmış yüksək gərginlikli şəbəkəyə qoşulmasındakı problemlə əlaqədardı.
Bu səbəbdən də hadisə xidməti personal və ətraf mühit üçün təhlükə kəsb etməyib.
Daha öncə “Nucléaire Stop Kernenergie” ekologiya təşkilatı Valloniyadakı “Tianj” və Falndriyadakı “Dul” AES-lərindəki 2 reaktorun bağlanmasını tələb edən və 500 min nəfərin imzaladığı petisiyanı Belçikanın nüvə təhlükəsizliyi federal agentliyinə (AFCN) təqdim edib.
Petisiya müəllifləri hesab edirlər ki, 30 ildən artıq xidmət etmiş bu reaktorlar nəzərdə tutulduğu kimi 2023-cü ildə deyil, dərhal fəaliyyətlərini dayandırmalıdırlar.