Belçika polisi Şərqi Flandriyada 21 ünvanda axtarış işləri aparıb. Buna səbəb Belçika-Ermənistan cinayətkar qruplaşmasının fəaliyyətinin araşdırılması olub. Araşdırmaları Belçika federal prokurorluğu aparır.
ÇıxışYolu.Com xəbər verir ki, dindirilmələr zamanı 13 nəfər həbs edilib.
Məlum olub ki, qruplaşma fəaliyyətə 2014-cü ildə peşəkar tennisçilər arasında başlayıb. Qruplaşmanın üzvləri danışılmış oyunlarla bukmeykerlərdən külli miqdarda pullar qazanıb. Araşdırmalar isə 2015-ci ildən başlayıb. Qeyd edilib ki, bu işdə Belçikada yaşayan ermənilərin də əli var.
Pullar yalnız ikinci dərəcəli turnirlərə qoyulurdu.