2020-ci ilin əvvəlində Belçika ordusunda qadınlardan ibarət xüsus təyinatlı dəstə yaradılacaq.
ÇıxışYolu.Com xəbər verir ki, hazırda şəxsi heyəti 27 min nəfər olan ordunun 7,8%-i qadınlardan ibarətdir.
Belçikada qadınlar ilk dəfə 1975-ci ildə hərbi xidmətə qəbul ediliblər. 1992-ci ildə isə ölkədə ümumi hərbi mükəlləfiyyətdən imtina olunub.
Xüsusi təyinatlı dəstələrdə xidmət üçün hazırlıq proqramı 24 yaşa qədər gənc qadınları əhatə edəcək.