73b03dcc-2ba1-40c5-a979-922a42f433d2.jpg

Belçikada stadiona atılan partlayıcı maddə futbolçunun barmaqlarını itirməsinə səbəb olub

Baxış sayı: 165 dəfə baxılıb.

“KSTC Menen” klubunun oyunçusu Fabio Skiafino Belçikanın 4-cü Liqasının C
Divizionunun “SK Zillebeke” ilə matçının sonunda komandasından bir tamaşaçının
meydançaya partlayıcı maddə atması nəticəsində bir barmağını itirib və iki
barmağı qismən amputasiya edilib.

Cixisyolu.com xəbər verir ki, “KSCT Menen”in 4:0 hesablı qələbəsində iki qola imza
atan 26 yaşlı futbolçu partlayıcı maddənin (“Cobra-6”) tüstü şaşkası olduğunu
düşünərək stadiondan kənara atmaq üçün əlinə götürüb.

Belə ki, həmin maddə futbolçunun əlində partlayıb. Nəticədə futbolçu üç
barmağını itirib.

Futbolçu Brügge şəhərindəki xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, stadiona atılan “Cobra-6” partlayıcı maddəsi əl qumbarası ilə
eyni gücə sahibdir.

Source link