Bekçikada payızda keçiriləcək bələdiyyə seçkilərində “İslam” partiyası mübarizə aparacaq.
ÇıxışYolu.Com “Euronews”a istinadən xəbər verir ki, partiya Qərbin təməl demokratiya prinsipləri çərçivəsində ölkədə şəriət qanunlarının tətbiqini dəstəkləyir.
Partiya Anderlext və digər bölgələrdə hakimiyyətə gələcəkləri təqdirdə, müsəlman qadınların baş örtüyü ilə bağlı qadağaları ləğv etmək niyyətindədir.
Seçki platformasında həmçinin ictimai nəqliyyatda cinsi seqreqasiya, yəni kişilərin qadınlardan ayırılması təklif olunur.
“Bu layihə ailə tərbiyəsi görməyən, savadsız və belə dəyək, yaramaz insanlar tərəfindən cinsi zorakılığa məruz qalan qadınların xahişi ilə hazırlanıb. Belə bir təcrübə Yaponiyada çox uğurlu şəkildə gerçəkləşir. Orada “qaynar saatlarda” xüsusi olaraq qadınlar üçün vaqonlar ayrılır.”, – deyə “İslam” partiyasının sədri Abdülhay Baqqali Tahiri bildirib.
Anderlextin şəhər şurasında hazırda “İslam” partiyasınının iki üzvü təmsil olunur. Qarşıdakı seçkilərdə partiya 18 namizədlə mübarizə aparmaq niyyətindədir.