1cea351a-09d7-4aa5-a5cd-c2ebc6776412..jpg

Belçikadakı terror aktının səbəbi bəlli olub – YENİLƏNİB + VİDEO

Baxış sayı: 565 dəfə baxılıb.

Belçikadakı terror aktının səbəbi bəlli olub – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belçikanın xarici işlər naziri Adca Labib Brüsseldə iki isveçli futbol
azarkeşinin öldürülməsini terror aktı adlandırıb.

“Radikalizmlə mübarizə üçün bütün lazımi vasitələr səfərbər edilməlidir”, – o,
“X” sosial şəbəkəsindəki (keçmiş “Twitter”) yazıb.

Qeyd edək ki, Brüsseldə atəş açaraq iki isveçlini öldürən şəxs İŞİD terror
qruplaşmasına aid olduğunu iddia edən video paylaşıb. Sosial şəbəkələrdə
yayılan görüntülərdə o, “müsəlmanların qisasını almaq üçün” iki nəfəri
güllələdiyini deyib.

23:32

Belçikadakı silahlı hücumun bəzi detalları məlum olub.

Məlumata görə, hadisə Belçika və İsveç milli komandaları arasında futbol
matçının keçirildiyi “Heysel” stadionundan təxminən 5 kilometr aralıda baş
verib.

Polisin sözçüsü İlse Vande Keer bildirib ki, polis hadisə yerinə gəlib və
ərazini mühasirəyə alıb.

O, atışmanın başqa təfərrüatı və ya şəraiti barədə məlumat verməyib.

Hücumun HƏMAS-ın İsrailə qarşı hucumu ilə bağlılığı və ya dini zəmində
törədildiyi güman olunur.

Mənbə: meduza.io

23:09

Brüsseldə naməlum şəxs atəş açıb.

Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

İlkin məlumatlara görə, insident nəticəsində iki İsveç vətəndaşı həlak olub.
Avtomatdan atəş açan şəxsin hazırda azadlıqda olduğu bildirilir.

Hadisənin digər detalları açıqlanmır.

Source link