Belçikalı futbol tarixinin ən bahalı oyunçusu ola bilər

Baxış sayı: 2. 668 dəfə baxılıb.

Belçikalı futbol tarixinin ən bahalı oyunçusu ola bilər

Londonun “Çelsi” klubu yarımmüdafiəçi Eden Azarın transferi üçün Madrid “Real”ından 200 milyon funt sterlinq (224 milyon avro) tələb edib.

ÇıxışYolu.Com “Daily Mail”ə istinadla xəbər verir ki, İspaniya təmsilçisi hələlik bu məbləği ödəməyə hazır deyil.

Azarın özünün də Madridə köçmək həvəsində olduğu bildirilir, lakin futbolçu transfer məsələsində “Çelsi”yə təzyiq göstərmir.

Danışıqların müsbət nəticə verəcəyi təqdirdə, belçikalı futbol tarixinin ən bahalı oyunçusu ola bilər. Hazırda ən bahalı futbolçu Neymardı. Braziliyalının transferi üçün PSJ “Barselona”ya 222 milyon avro ödəyib.

www.ÇıxışYolu.Com