8b76aed7-6bcc-4a09-8e1b-36984b38bee6..jpg

Belçikalı futbolçu: “Meydançanın durumu ilə bağlı hər iki komanda üçün çətin olacaq”

Baxış sayı: 638 dəfə baxılıb.

Belçikalı futbolçu: “Meydançanın durumu ilə bağlı hər iki komanda üçün çətin
olacaq”

“Meydançanın durumu ilə bağlı hər iki komanda üçün çətin olacaq”.

Cixisyolu.com xəbər verir ki, bu sözləri Belçika millisinin futbolçusu Yuri Tilemans
Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ
oyunu öncəsi mətbuat konfransında deyib.

26 yaşlı yarımmüdafiəçi kapitan Kevin De Bruynenin yoxluğunu xüsusi vurğulayıb:

“Hər iki tərəf topla oynamağı sevir. Bu baxımdan çətin mübarizə olacaq. De
Bruynenin yoxluğunun bizim üçün çətinliyi var. Buna baxmayaraq, keyfiyyətli
oyunçulara sahibik. Ələ düşən imkanlardan yararlanmağa çalışacağıq”.

Qeyd edək ki, sabah “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 17:00-da
başlayacaq.

Faiq Tahirov

Source link