e285f150-5716-49fa-8cad-d2dee65b30c3..jpg

Belçikaya məğlubiyyət milli üzvlərini böyük məbləğdə mükafatdan məhrum edib

Baxış sayı: 675 dəfə baxılıb.

Belçikaya məğlubiyyət milli üzvlərini böyük məbləğdə mükafatdan məhrum edib

Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində Belçikaya
məğlub olduğu üçün böyük məbləğdə mükafat almaqdan məhrum olub.

Cixisyolu.com xəbər verir ki, federasiya qələbə üçün start heyətdə meydana çıxan hər
oyunçuya 50 min manat vəd edib. Meydana sonradan çıxan və ehtiyatda qalan
oyunçulara bu məbləğin müəyyən faizi nəzərdə tutulub.

Heç-heçəyə görə isə hər ilk 11-lik oyunçusu 30 min manat qabağa düşə bilərdi.

Xatırladaq ki, millimiz Belçikaya 0:1 hesabı ilə uduzub.

Faiq Tahirov

Source link