eb4653cb-fc87-4d63-a5e9-9c3928ea9a84..jpg

Bellinqem, Arda Güler və Valverdenin birlikdə görüntüləri gündəm oldu – FOTO/VİDEO

Baxış sayı: 563 dəfə baxılıb.

Bellinqem, Arda Güler və Valverdenin birlikdə görüntüləri gündəm oldu –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın “Real Madrid” klubunun məşqindən yayımlanan görüntülər gündəm olub.

Yayılan görüntülərdə klubun türkiyəli oyunçusu Arda Gülerin bir neçə komanda
yoldaşı ilə məşqindən kadrlar yer alıb.

Cud Bellinqem, Federiko Valverde və Arda Güler arasındakı paslaşma gənc
türkiyəli futbolçunun komandaya uyğunlaşmaqda heç bir probleminin olmadığını
göstərib.

Xatırladaq ki, aldığı ardıcıl üç zədədən sonra yanvarın əvvəlində transfer
olunduğu “Real Madrid”də ilk dəfə forma geyinən futbolçu komanda ilə məşqlərini
davam etdirir.

Qeyd edək ki, “El Gol Digital” qəzetinin yazdığı son xəbərə görə, “Real
Madrid”in baş məşqçisi Karlo Ançelotti La Liqada son matçda heyətə düşməməsinə
sərt reaksiya verən Arda Güleri icarəyə vermək fikrindədir. Həmçinin Arda
Gülerin “Real Sosyedad”a icarəyə veriləcəyi də bildirilib.

Belə ki, 18 yaşlı gənc futbolçu “Almeria” ilə qarşılaşmada şok hərəkəti ilə
İspaniya mediasında böyük səs-küyə səbəb olub. Heyətdə yer aldığı son üç
qarşılaşmada oyuna daxil ola bilməyən Arda Güler isinmə jiletini qəzəblə yerə
atıb.

Mənbə: Haber Global


Source link