Belorusda məktəbli qızlar məcburi ginekoloji müayinədən keçəcək

Baxış sayı: 2. 876 dəfə baxılıb.

Belorusda məktəbli qızlar məcburi ginekoloji müayinədən keçəcək

Belorusiyada şagird qızların məcburi qaydada ginekoloq müayinəsindən keçməsi haqqında təklif müzakirə olunur. 

Bu barədə progomel.by məlumat yayıb.

Layihəyə asasən, qız şagirdlərin cinsi həyat yaşadığı məlum olarsa, həkim bu halı yerli polis bölməsinə bildirməlidir. Polis isə bu haqda məlumatı qızın valideyininə çatdıracaq.

Təşəbbüs ölkənin Daxili İşlər Nazirliyinə məxsusdur . Məqsəd cinsi zorakılığa uğramış qızları qorumaq, insan alveri hallarının qarşısını almaqdır. 

Daxili İşlər Nazirliyinin Narkotikə Nəzarət və İnsan Alverinə Qarşı Mübarizə üzrə Baş İdarəsinin rəhbəri Gennadiy Kazakeviç bildirib ki, 16 yaşa qədər cinsi əlaqədə olmuş qızlarla ilk növbədə psixoloqun, daha sonra polisin söhbəti nəzərdə tutulub.

Polis ancaq psixoloqla söhbət zamanı zorakılıq halının baş verdiyi şübhəsi yaranarsa, prosesə qoşulacaq.