Belqorodda administrasiya binasına dronla hücum edildi: Yaralananlar var –
YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ukrayna Silahlı Qüvvələri Belqorodda administrasiya binasına təyyarə tipli
kamikadze pilotsuz uçuş aparatıyla (PUA) hücum ediblər.
Bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
Onun sözlərinə görə, hadisə ilə əlaqədar iki qadın yaralanıb:
“Bir qadın qəlpə yaraları alıb, ikincisi beyin sarsıntısı keçirib.
Zərərçəkənlərə bütün zəruri tibbi yardım göstərilir. Partlayış nəticəsində
binanın şüşələri sınıb, fasadı zədələnib. Bütün operativ xidmətlər hadisə
yerinə cəlb olunublar”, – deyə Qladkov vurğulayıb.
Mənbə: “SHOT” “Telegram” kanalı
11:03
Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətində şiddətli döyüşlər
gedir.
“Telegram” kanallarının yaydığı məlumata görə, Ukrayna tərəfdən pikap
avtomobillərində olan bir neçə silahlı qrup minaatan və artilleriya atəşinin
dəstəyi ilə hücuma keçib.
Rusiya ilə sərhədə tankların da yaxınlaşdığı bildirilir.
Bir nəfər Belqorod sakininin Ukrayna PUA-sının hücumu nəticəsində xəsarət
aldığı qeyd edilir.
Həmçinin bu gün səhər saatlarında Ukrayna ordusu pilotsuz uçuş aparatlarının
köməyi ilə “Lukoyl”un Rusiyanın Nijni Novqorod vilayətində yerləşən neft
anbarına hücum edib.
Hadisədən sonra Rusiya Fövqəladə Hallar Nazirliyinin Nijni Novqorod vilayəti
üzrə Baş İdarəsindən əməkdaşları hadisə yerinə cəlb ediliblər. İlkin
məlumatlara görə, xəsarət alan yoxdur.
06:45
Martın 12-nə keçən gecə Rusiyanın ən azı altı bölgəsi dron hücumuna məruz
qalıb.
Bildirilir ki, Belqorod, Voronej, Kursk, Moskva, Oryol və Tula vilayətləri
təyyarə tipli dronlarla vurulub.
Oryol vilayətində neft bazasına da zərbə dəyib və yanacaqla dolu çən alışıb.
Bəzi bölgələrdə elektrik verilişi xətləri sıradan çıxdığından ərazilər işıqsız
qalıb. Xəsarət alanların olmadığı bildirilir.
Mənbə: Gazeta.ru