6d759345-330c-4bd8-88e2-01251078a23f..jpg

Ben Afflekin qızı artıq onun oğlu oldu – FOTO

Baxış sayı: 554 dəfə baxılıb.

Ben Afflekin qızı artıq onun oğlu oldu – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollivud ulduzları Ben Afflek və Cennifer Qarnerin 15 yaşlı qızı artıq onların
oğludur. Əvvəllər qızın adı Serafina idi, indi isə Fin.

Bu barədə “Daily Mail” xəbər yayıb. Nəşr onun adını dəyişdirdikdən sonra ilk
görüntülərini paylaşıb.

Məlumata görə, Fin gözəllik salonunda onu gözləyən anası Cennifer Qarnerlə
görüşüb. O, qara köynək, yanlarında cibləri olan bej şort, boz idman ayaqqabısı
və bənövşəyi corab geyinib.

Qeyd edək ki, Ben Afflek və Cennifer Qarner bir il görüşdükdən sonra 2005-ci
ildə evləniblər. 10 il sonra ulduzlar ayrılmaq qərarına gəliblər. Aktyorların
üç övladı var: qızları Violet, Fin, oğulları Samuel.

Qeyd edək ki, bir müddət əvvəl Cennifer Qarner uşaq böyütməyin çətinlikləri
haqqında danışmışdı:

“Valideynlərim də bunu ediblər… Artıq mən bunun nə qədər çətin olduğunu
anlayıram və heyrətə düşürəm. Onlara “Mən sizi belə görürəm” və ya “Məncə, siz
hər şeyi belə etməlisiniz” deməmək mənə çox çətin gəlir. Həqiqətən, əli-qolu
bağlı qalmalı oluram. Mən həyatlarının bu yeni mərhələsində onların kim
olacaqlarını və nəyi öyrənəcəklərini qərar vermələrini, sadəcə, kənardan
izləyirəm”.

Bununla belə, ulduz onların çox maraqlı həyatının olduğunu da etiraf edib.

“Onlarla bağlı hər şeylə maraqlanıram”, – deyə aktrisa bildirib.

Source link