“Hizbullah” hərəkatı İsrailin Baş naziri Benyamin Netanyahunun Qeysəriyyə
şəhərindəki iqamətgahına dronla hücum edib.
Cixisyolu.com bu barədə “RIA Novosti”yə istinadən xəbər verib.
Qeyd olunub ki, məlumatı İsrail baş nazirinin ofisi də təsdiq edib.
Məlumatda vurğulanıb ki, hadisə vaxtı Benyamin Netanyahu və ailəsi
Qeysəriyyədəki evində olmadıqlarından heç kim xəsarət almayıb.
Hadisədən sonra evin ətrafı nəzarətə götürülüb, hadisə yerinə təcili yardım
maşınları və polis qüvvələri gəlib.