Benzema 300-ə çata bilmədi, türk futbolçu “Real”ın 15 oyunluq seriyasına son
qoydu – VİDEO
İspaniya La Liqasının XIX turunda Madrid “Real”ı səfərdə “Xetafe” ilə
qarşılaşıb.
Cixisyolu.com xəbər verir ki, görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmanın 9-cu dəqiqəsində “Xetafe”nin türk futbolçusu Enes Ünalın vurduğu
qol matçda yeganə olub.
Bununla da “kral klubu” oktyabr ayından bəri keçirdiyi ümumilikdə 15-ci
oyundan (11 La Liqa, 4 Çempionlar Liqası) sonra ilk dəfə məğlubiyyət acısı
dadıb.
Buna qədər sonuncu dəfə oktyabrın 3-də La Liqada “Espanyol”a uduzan
madridlilər keçirdikləri 15 oyundan 13-də qələbə qazanmış, iki matçda isə sülhə
razılaşmışdı.
Bundan əlavə, bu qarşılaşmaya qədər “Real”ın heyətində 299 qol vurmuş Karim
Benzema yubiley arzusunu gerçəkləşdirə bilməyib. Fransa millisinin forvardı
bunun üçün ən az bir oyun daha səbr etməlidir.
Matçda vurulan yeganə qolu təqdim edirik: