Benzema cari ildə ilk qolunu vurdu, komandasına finala çıxmaqda kömək etdi –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Səudiyyə Ərəbistanı Superkubokunun ilk yarımfinal matçı baş tutub.
“Əl-İttihad” və “Əl-Vəhda” komandalarının qarşılaşmasında meydan sahibləri 2:1
hesabı ilə qalib gəliblər.
Görüşdə hesabı ilk dəqiqədə meydan sahiblərinin 36 yaşlı fransız hücumçusu
Kərim Benzema açıb. Bu, futbolçunun 2024-cü ildəki ilk qolu olub. 42-ci
dəqiqədə Abdürrəzaq Həmdallah fərqi ikiyə çatdırıb. Qonaqlar yalnız 90+7-ci
dəqiqədə bir qol vura biliblər. Hüseyn Əl-İssa “Mançester Yunayted”in keçmiş
futbolçusu Odion İqalonun ötürməsindən fərqlənib.
Qeyd edək ki, “Əl-İttihad” finalda “Əl-Hilal”-“Ən-Nasr” cütünün qalibi ilə
qarşılaşacaq.