Benzema penaltini qaçırdı, komandası klublararası dünya çempionatını tərk etdi
– VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Misirin “Əl-Əhli” və Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandaları
klublararası dünya çempionatının ikinci turunda qarşılaşıb.
Ciddə şəhərindəki “Kral Abdullah” stadionundakı matçda. “Əl-Əhli” 3:1 hesabı
ilə qalib gələrək turnirin yarımfinalına yüksəlib.
21-ci dəqiqədə “Əl-Əhli”nin müdafiəçisi Əli Məəlul penaltidən hesabı açıb.
Birinci hissənin sonunda “Əl-İttihad”ın hücumçusu Kərim Benzema isə penalti
zərbəsini qola çevirə bilməyib. 59-cu dəqiqədə yarımmüdafiəçi Hüseyn Əl Şahat
“Əl Əhli”nin ikinci qolunu vurub. 3 dəqiqə sonra Emam Aşur hesabı artırıb –
3:0. Görüşün sonunda Benzema təsəlli qoluna imza atıb – 3:1.
Beləliklə də, klublararası dünya çempionatının yarımfinalında “Əl-Əhli”
Braziliyanın “Fluminense” klubu ilə qarşılaşacaq. Qarşılaşma bazar ertəsi,
dekabrın 18-də baş tutacaq. Digər yarımfinalda isə Yaponiyanın “Urava Red
Daymonds” və İngiltərənin “Mançester Siti” komandaları üz-üzə gələcəklər.