Benzema Ronaldu ilə yenidən eyni klubda çıxış edə bilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun hücumçusu Kərim Benzema
“Ən-Nəsr”lə danışıqlar prosesindədir.
Məlumata görə, Benzema “Əl-İttihad”dan narazıdır və buna görə də başqa kluba
keçmək variantlarını nəzərdən keçirir.
Xatırladaq ki, Benzema ilə 2009-2018-ci illərdə “Real Madrid”də birgə çıxış
edən hücumçu Kriştianu Ronaldu da hazırda “Ən-Nəsr”in formasını geyinir.
Qeyd edək ki, Benzema ötən yay azad agent kimi “Əl İttihad”a keçib. Bu mövsüm
forvard bütün turnirlərdə 24 oyun keçirib, 15 qol vurub və beş məhsuldar ötürmə
edib. Futbolçunun Səudiyyə klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi
qüvvədədir.
Mənbə: championat.com