7bdb50e6-68f5-447e-8fad-ed226e7a96da..jpg

Benzemanın komandası Süleymaninin heykəlinə görə İrandakı oyunu boykot edib – FOTO

Baxış sayı: 631 dəfə baxılıb.

Benzemanın komandası Süleymaninin heykəlinə görə İrandakı oyunu boykot edib –
FOTO

“Əl İttihad”ın Asiya Çempionlar Liqasında “Sepahan”la oyunu siyasi qalmaqal
səbəbindən ləğv edilib.

Belə ki, Tehranın “Azadi” stadionunun girişində Qasım Süleymaninin abidəsi
qoyulub.

“Əl-İttihad”ın nümayəndələri meydana daxil olmaqdan imtina edərək, heykəlin
stadiondan götürülməsini tələb ediblər. Uzun fasilədən sonra “Əl-İttihad”
arenanı tərk edib.

Hazırda Luis Felipe, N’Qolo Kante və Kərim Benzemanın yer aldığı Səudiyyə
Ərəbistanı klubunu 0:3 hesablı texniki məğlubiyyət gözləyir.

Mənbə: sports24.ru

Source link