61c42a52-4fca-4476-8c23-14c78cf79efb..jpg

Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” – VİDEO

Baxış sayı: 565 dəfə baxılıb.

Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Beş il sonra milliyə döndüyüm üçün çox xoşbəxtəm”.

Bunu futbolinfo.az-a açıqlamasında “Qarabağ”ın futbolçusu Yassin Benzia deyib.

O, 6 il sonra Əlcəzair yığmasına dönməsindən danışıb. Benzia “FIFA series –
Edition 2024”də keçirdiyi oyunlardan və vurduğu qollardan da söz açıb:

“Dönüşüm çox yaxşı alındı və buna sevinirəm. Cənubi Afrika millisinə vurduğum
qola gəlincə, çox möhtəşəm alındı. İnanılmaz qol idi və bütün dünya mediası
bundan danışır. Onu da deyim ki, “Qarabağ”a və baş məşqçi Qurban Qurbanova
təşəkkür edirəm. Çünki bu klub və bu məşqçi sayəsində formamı bərpa etdim,
milli komandaya dəvət aldım. Qurban Qurbanovun əməyi danılmazdır”.

Benzianın qolunun “Puşkaş mükafatı”na namizəd göstərilməsi barədə fikirlər isə
belə olub:

“Namizəd ola bilər, seçilə də bilər. Təbii ki, “Puşkaş mükafatı”nı alsam,
yaxşı olar, almasam da, heç bir şey etmək olmaz. Əsas odur ki, qolum gözəl
alındı”.


Source link