Berlində ərəb miqrantlar yəhudiləri döydü  – VİDEO

Berlində ərəb miqrantlar yəhudiləri döydü – VİDEO

Baxış sayı: 2. 586 dəfə baxılıb.

Berlinin mərkəzində ərəb dilində danışan üç gəncdən ibarət dəstə, başlarında kipa olan israililərə hücum edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “The Local” məlumat yayıb.

Aprelin 17-də Prenslauer-Berq rayonunda qeydə alınmış insidentin görüntüsü “YouTube” portalına yerləşdirilib.

Görüntüdə gənclər əvvəl ərəb dilində anti-semit şüarlar səsləndirir, daha sonra isə onlardan biri kəməri ilə yəhudilərə zərbələr endirir. Ardınca cinayətkarlar hadisə yerindən qaçır.

“Deutsche Welle”-nin məlumatına görə, zərərçəkən gənclərdən biri əslində heç yəhudi olmayıb.  O , telekanala verdiyi açıqlamada, İsraildə, ərəb ailəsinə böyüdüyünü və kipanı ona dostunun bağışladığını bildirib.

.
www.ÇıxışYolu.Com