Almaniyanın paytaxtı Berlikdə yerləşən katedral kilsəsində polis naməlum şəxsə atəş açıb.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı TASS agentliyi yerli polisə istinadla məlumat yayıb.
“Polis kilsəyə gələn şəxslərdən birinə atəş açıb. O yaralanıb. Hadisənin təfərrüatları ilə bağl hələlik heç bir məlumat verə bilmərik”, yerli polis nümayəndəsi bildirib.
O, hadiəzamanı polisin yaralanması ilə bağlı bəzi KİV-lərdə yayılan informasiyanı təkzib edib.
Berlinin katedral kilsəsi Almaniyanın ən böyük yəhudi kilsəsidir. O, 1894-1905-ci illərdə inşa olunub.