Berluskoni mafiya ilə əməkdaşlıqda ittiham olunur

Berluskoni mafiya ilə əməkdaşlıqda ittiham olunur

Baxış sayı: 2. 761 dəfə baxılıb.

Nüfuzlu siciliyalı təhqiqatçı Nino Di Matteo keçmiş İtaliya baş naziri Silvio Berluskonini “mafiya əlaqələri” ilə bağlı qalmaqalda iştirak etməkdə ittiham edir. 

ÇıxışYolu.Com xəbər verir ki, söhbət 1990-cı illərin əvvəllərində İtaliyanın yüksək vəzifəli dövlət məmurlarının  “Koza nostra” mafiyasının başçıları ilə apardığı gizli danışıqlardan gedir.

Berluskoni və onun tərəfdarları ittihamları dərhal rədd edib.

Aprelin 20-də Palermo andlı münsiflər məhkəməsində uzun illər davam edən proses üzrə hökm oxunub. Doqquz müttəhimdən yeddisi, o cümlədən Berluskoninin yaxın dostu, keçmiş Senator Marçello Dellutri ittiham üzrə təqsirli bilinib.   

Onlar “İrəli, İtaliya” partiyasını 1994-cü ildə bərabər şəkildə təsis ediblər.

Cümə günü “İrəli, İtaliya” partiyasının rəhbərliyi Di Matteonun bəyanatını qəti şəkildə rədd edərək, Berluskoniyə qarşı ittihamın əsassız olduğunu bildirib.

“Biz Berluskoninin adını “dövlət-mafiya danışıqları” işi ilə əlaqələndirmək cəhdlərini israrlı şəkildə rədd edirik,  bu cəhdlər məntiqsizdir və həqiqəti əks etdirmir”, – deyə bəyanatda deyilir.

.
www.ÇıxışYolu.Com