İtaliyanın sabiq Baş naziri, “İrəli, İtaliya” partiyasının lideri Silvio Berluskoni Xorvatiyanın paytaxtı Zaqrebdə Avropa Xalqları Konqresi zamanı yıxılıb və Milan klinikasına yerləşdirilib.
RİA “Novosti”nin verdiyi xəbərə görə, bu barədə Berluskoninin qərargahından verilən açıqlamada bildirilir.
“Bud, baldır və digər heç bir sümüyün sınığı yoxdur. Heç bir təcili dönüş də olmayıb. Həqiqətdə isə söhbət ən adi əziklərdən gedir”, – deyə məlumatda deyilir.
Yerli KİV-in məlumatına əsasən, adamlar 83 yaşlı siyasətçi ilə selfi çəkdirmək istəyərkən basabas yaradıblar. Bu zaman siyasətçi yıxılaraq xəsarət alıb.
Tədbirin sonunda Berluskoni təyyarə ilə evə qayıdıb və xəstəxanada isə müxtəlif müayinələrdən keçirilib.