Berti Foqts Dadaşov barədə: O, ikinci Bundesliqanın səviyyəsinə uyğundur

Baxış sayı: 2. 107 dəfə baxılıb.

Berti Foqts Dadaşov barədə: O, ikinci Bundesliqanın səviyyəsinə uyğundur

Futbol üzrə Azərbaycan yığma komandasının keçmiş baş məşqçisi Berti Foqts Almaniyanın “Proyssen” komandasının hücumçu, yenidən milli komandaya çağırılan Rüfət Dadaşov barəsində fikir bildirib.

“Əgər onu yenidən yığmaya çağırırlarsa, demək, o, ikinci Bundesliqanın səviyyəsinə cavab verir. O, topla yaxşı rəftarı və qapını hiss etməyi bacarır. Onunla Azərbaycanın yığma komandasında işləmək mənə çox xoş idi”, – ÇıxışYolu.Com keçmiş məşqçinin sözlərini sitat gətirir. 

“Bu dəvət Rüfətin gələcək inkişafına kömək edəcək və “Proyssen” komandasına da faydalı olacaq”,- deyə o əlavə edib.

Qeyd edək ki, Rüfət Dadaşov dörd illik fasilədən sonra yenidən milli komandaya çağırılıb.

www.ÇıxışYolu.Com