a6afa45f-7b84-411f-b91f-7ca70aa130fd..jpg

Beş ailə üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovdan etiraf: Qətldən bir gün öncə atasına nə dedi?

Baxış sayı: 700 dəfə baxılıb.

Beş ailə üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovdan etiraf: Qətldən
bir gün öncə atasına nə dedi?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun ekspertiza
rəyi hazır deyil.

Bu barədə “TV Müsavat”a istintaqdakı mənbələr bildiriblər.

Üç həftə boyunca davam edən ekspertiza hələlik onun psixi durumu ilə bağlı
yekun rəyə gələ bilməyib. Ə.Əhmədov hazırda 1 saylı İstintaq Təcridxanasında
saxlanılır.

Belə ki, Ə.Əhmədov məhkəmədə sensasion etiraflar edib. Belə ki, ilkin
istintaqda danışmaqdan imtina edən və özünün gərgin psixoloji durumda olduğunu
nümayiş etdirməyə çalışan Ə.Əhmədov məhkəmədə ailə üzvlərini məqsədli şəkildə
qətlə yetirdiyini boynuna alıb. Buna səbəb kimi atasının ailəyə məxsus mənzili
bacısına verməsini göstərib.

Ə.Əhmədov məhkəmədə bildirib ki, Rusiyada yaşayan ərindən boşanaraq Bakıya
gələn bacısı öncə valideynlərinə məxsus evdə onlarla birgə yaşayıb, sonra isə
atası ailəyə aid olan evlərdən birini bacısına verib. Ə.Əhmədovla valideynləri
arasında ilk mübahisə o zaman başlanıb. Ə.Əhmədov bildirib ki, ailənin böyük
oğlu olaraq buna qarşıdır və qız övladın, yəni, bacısının bu evlər üzərində heç
bir haqqı yoxdur. Valideynləri ona da ayrıca ev aldıqlarını, hətta hazırda
yaşadıqları evin də gələcəkdə Ə.Əhmədova veriləcəyini desələr də bu, onu
sakitləşdirməyib.

Ə.Əhmədov məsələni dəfələrlə bacısı ilə danışıb çözməyə çalışıb. Amma bacısı
yaşca ondan böyük olduğunu və ərindən ayrıldığı üçün evsiz-eşiksiz qaldığını
əsas gətirərək ona bu məsələyə qarışmamasını söyləyib. Beləcə, bacı-qardaş
arasında bir neçə dəfə ciddi münaqişə yaranıb. Valideynləri isə qızlarına əsla
Əhmədlə bir araya gəlməməsini, onunla bu söhbətləri telefon xaricində
etməməsini tapşırıblar. Amma qətldən bir gün öncə Ə.Əhmədov son sözünü atasına
söyləyib və “mən bu işi burada qoymayacağam” deyib.

Ə.Əhmədovun məhkəmədəki bu etirafı isə onun ailəsini qətlə yetirməsinin
məqsədli bir plan olduğunu üzə çıxarıb. Məhkəmədə Ə.Əhmədovun planlı şəkildə,
intiqam məqsədilə ailə üzvlərini qətlə yetirdiyini etiraf etməsi istintaqın
gedişinə də təsir göstərəcək kimi görünür. Belə ki, Ə.Əhmədov ifadəsində əsla
“özümdə deyildim”, “necə oldu bilmirəm” kimi fikirlər səsləndirməyib.

Ailə üzvlərini mərhələli şəkildə, bir-bir, ardıcıllıqla öldürməyi necə
planlaşdırmışdısa, o cür də qətlə yetirdiyini etiraf edən Ə.Əhmədovla bağlı
ekspertizanın rəyi də birmənalı deyil. Ekspertlərin ilkin qənaətinə görə,
burada psixoloji pozğunluq, affekt halında cinayət törətmək kimi bir hal
yoxdur. Təqsirləndirilən şəxsin şüurlu etirafı isə onunla bağlı sualları arxa
plana qoyub. Belə ki, burada söhbət xüsusi amansızlıqla, məqsədli şəkildə
silsilə qətldən gedir.

Source link