Beş manata görə əlili bıçaqlayan qız barədə qərar verildi

Beş manata görə əlili bıçaqlayan qız barədə qərar verildi

Baxış sayı: 2. 783 dəfə baxılıb.

Beş manata görə əlili bıçaqlayan qız barədə qərar verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Aytən Abbasovanın CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın məlumatına görə, 2014-cü il mayın 30-da Yasamal rayonu, Ş.Qurbanov küçəsi, 1 ünvanından Bakı şəhər sakini Məryəm Hüseynova (1985-ci il təv.) kəsilmiş-deşilmiş xəsarətlə Kliniki Tibbi Mərkəzə çatdırılıb. 

Həmin gün Yasamal RPİ 27-ci polis bölməsinin əməkdaşları tərəfindən hadisəni törədən 17 yaşlı Aytən Abbasova tutulub. Bildirilib ki, qız orta məktəbi bitirib və hadisə “Son zəng” tədbirindən sonra baş verib. Rayon məhkəməsinin qərarı ilə onun barəsinndə polis nəzarətində qətimkan tədbiri seçilib.

İttihama görə, mayın 30-da Fəvvarələr meydanı yaxınlığında Aytən Abbasova əvvəlcədən tanıdığı 2-ci qrup əlil olan Məryəm Hüseynovadan psixotrop dərman almaq üçün beş manat pul istəyib. Qadın ona pul vermədikdə, Abbasova onu yerə yıxıb və üzərindəki bıçaqla Hüseynovaya zərbələr vurub. 

Məhkəmə prosesində Aytən Abbasova ittiham üzrə özünü təqsirli bilib. İfadəsində Məryəm Hüseynovanı söyüş söydüyü üçün vurduğunu bildirib:

“Ondan pul tələb etməmişəm, narkotik istifadəçisi deyiləm. Söhbət edəndə məni və valideynlərimi söydü. Özümdən çıxdım və bıçaqla vurdum. Polisdən qorxduğum üçün qaçmışam”.

Zərərçəkmiş Məryəm Hüseynova isə bildirib ki, Aytən Abbasova dərman almaq üçün ondan pul tələb edib:

“Yaxınlaşıb beş manat istədi, dedi, narkotik olan dərman almalıyam. Dedim, vermirəm, özüm xəstə adamam, sənə niyə pul verim, 70 manat təqaüd alıram. Anamı söydü, dedim ki, özünü yığışdır.

Dayanmadı, mən də onu söydüm. Saçımdan tutub, yerə yıxdı, başıma təpiklə vurdu. Sonra bıçaqladı. Polisə şikayət elədim. Bir neçə dəfə gəlib məni hədələyib ki, səni öldürəcəyəm”.

Təqsirləndirilən şəxsin anası Arzu Süleymanova bildirib ki imkanları yoxdur:

“Evdə iki xəstəm var. Aytən də qollarını doğrayır, psixoloji problemləri var. Özü də hamilədir”. 

Bundan sonra qadın qızının hamilə olması ilə bağlı sənədi məhkəməyə təqdim edib. Orada Aytən Abbasovanın altı həftəlik hamilə olması bildirib. 

Hakim deyib ki, A.Abbasova rəsmi nikahda deyil, Arzu Süleymanova isə bildirib ki, qızının dini kəbini var. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs barəsində bir il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib. Məhkəmə nəzərə alıb ki, A.Abbasova cinayəti törədərkən yetkinlik yaşına çatmayıb və hazırda zərərçəkmiş şəxslə barışıb.

www.ÇıxışYolu.Com