Beş nəfər dəm qazından zəhərlənib

Beş nəfər dəm qazından zəhərlənib

Baxış sayı: 2. 098 dəfə baxılıb.

Beş nəfər dəm qazından zəhərlənib

Dəm qazından zəhərlənmə ilə bağlı olaraq beş nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə müraciət edib.

Bunu ÇıxışYolu.Com-a açıqlamasında şöbənin baş həkimi Azər Maqsudov deyib.

Onun sözlərinə görə, müraciət edənlərin hamısı yüngül zəhərlənmə ilə ggətirilib:

“Ciddi bir şey yox idi. Klinikaya qəbul olunmadan evə buraxıldılar. Əhmədlidən gətirilən xəstə isə digərlərinə nisbətən daha ağır idi”.

Azər Maqsudov əlavə edib ki, dəm qazı ilə bağlı müraciət edənlərin sayında hələlik artım yoxdur.

Sevinc Yasinqızı