Bakı Ağır Cinayətlər Məhkəməsində beş nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Heydər Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
ÇıxışYolu.Com xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Əli Hüseynov vəsatətlə çıxış edərək, cinayət işinin düzgün araşdırılmadığını və işin yenidən prokurorluğa qaytarılmasını istəyib.
Məhkəmə vəsatəti təmin edib, cinayət işi yenidən ibtidai istintaqa qaytarılıb.
Qeyd edək ki, hadisə ötən il dekabr ayının 6-da Bakının Qaradağ rayonunda, Lökbatan-Xocahəsən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində baş verib.
“Mercedes” markalı minik avtomobilinin “Mercedes” markalı yük maşınının arxa hissəsinə çırpılması nəticəsində beş nəfər ölüb.
Etibar Məmmədov
www.ÇıxışYolu.Com
ÇıxışYolu.Com yeniləndi!