9d554b4d-79df-4cfc-abbe-0b22c5f5bde5..jpg

Beş qadını əxlaqsızlığa cəlb edən şəxs həbs olundu

Baxış sayı: 962 dəfə baxılıb.

Beş qadını əxlaqsızlığa cəlb edən şəxs həbs olundu

Nərimanov Rayon Məhkəməsində həmcinslərini fahişəliyə cəlb edən Füzuli rayon
sakini, 1970-ci il təvəllüdlü T.Əliyevanın məhkəməsi keçirilib.

Yenicag.az xəbər verir ki, məhkəmə onu Cinayət Məcəlləsinin 243.1-ci
(Fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirli bilərək 1 il müddətinə azadlıqdan
məhrumetmə cəzasına məhkum edib.

İstintaq dövründə barəsində “polisin nəzarətinə vermə” qətimkan tədbiri
seçilmiş T.Əliyeva məhkəmə zalındaca həbs edilərək təcridxanaya göndərilib.

Araşdırmalar zamanı məlum olub ki, T.Əliyeva Sumqayıtda və paytaxt ərazisində
tanış olduğu 5 qadını fahişəliyə cəlb edib və onların müxtəlif ünvanlarda
kişilərlə görüşünü təşkil edərək maddi qazanc götürüb. Bir çox hallarda
T.Əliyeva həmin qadınları öz avtomobili ilə hotellərə və digər ünvanlara aparıb.

Məhkəmə prosesində zərərçəkmiş şəxs qismində tanınan 5 qadın ondan şikayətçi
olmadığını bildirib.

Qeyd edək ki, həbs edilən qadın daha əvvəl də bu əməllərə görə məhkəmə
tərəfindən cəzalandırılıb və həmin vaxt 480 saat ictimai işlər cəzası alıb.

Source link