Belçikada müalicəvi göldən motokros yarışları üzrə beş qat dünya çempionu Erik Qeborsin meyiti tapılıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Nəşrin informasiyasına görə, idmançının cansız bədənini sudan xilasedicilər çıxarıb.
Gebors mayın 6-da həyat yoldaşının ona hədiyyə etdiyi küçüyü xilas etmək məqsədi ilə buzlu gölə baş vurmuş və yoxa çıxmışdı.
Qeyd edək ki, 55 yaşlı Gebors hər üç kateqoriya: 125, 250 və 500 sm3 üzrə çempion olmuş yeganə motokrosmendir.